REGİONLAR


Qazax-Bakı marşrutu ilə hərəkət edən avtobus Hacıqabulda qəza törədib

Hacıqabul, 23 sentyabr, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda sərnişin avtobusu qəza törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazaxdan Bakıya gedən sərnişin avtobusu qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.