REGİONLAR
Qazax Dram Teatrı mövsümü “Bəxtsiz cavan” tamaşası ilə açıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Qazax Dövlət Dram Teatrı 80-ci mövsümə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” tamaşası ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl teatrın direktoru Saqif İsgəndərov çıxış edərək mövsümün açılışı münasibətilə teatrsevərləri təbrik edib. Teatrın baş rejissoru Musa Eyyubov kollektivin keçdiyi tarixi yoldan, gələcək işlərdən danışıb.
Sonra “Bəxtsiz cavan” faciəsi göstərilib. Tamaşanın quruluşçu rejissoru Allahverdi Musayev, quruluşçu rəssamı Səyyad Məmmədovdur. Rolları Hacı Hacıyev, Yusif Qoca, Arif Almədədov, Səyalı İsmayılova, Nəsimi Aşbazov, Aydın Orucov və İlqar Hacıbəyli oynayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]