DÜNYA


Qazax gəncin qətlində şübhəli bilinən erməni Rusiyada yaxalanıb

Bakı, 9 yanvar, AZƏRTAC

Karaqanda şəhərindəki “Qədim Roma” restoranında 23 yaşlı qazax gəncin bir qrup erməni tərəfindən qətlə yetirilməsi üzrə cinayət işində şübhəli qismində axtarışa verilmiş Ermənistan vətəndaşı Narek Qururyan Rusiyada yaxalanıb.

AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, yaradılmış istintaq-əməliyyat qrupu cinayətkarı Rusiyanın Omsk şəhərində yaxalayıb. DİN-in məlumatında deyilir: Nazirliyin kriminal polis əməkdaşları tərəfindən Rusiya hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində keçirilən əməliyyat nəticəsində yanvarın 1-də Karaqanda şəhərində xuliqanlıq və qətl törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı N.Qururyan saxlanılıb”.

Hazırda qanunvericiliyə uyğun olaraq cinayətkarın Qazaxıstana ekstradisiyası məsələsi həll olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.