İDMAN


Qazax idmançısı Amin Osmanov Azərbaycan çempionu olub

Bakı, 14 may, AZƏRTAC

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

AZƏRTAC xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, Uşaq-Gənclər İnkişaf Mərkəzlərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

İkinci yarış günündə - mayın 14-də yaşı 17-dək olan atletlər arasında 55 kiloqram çəki dərəcəsində medalçılar müəyyənləşib.

Toplam 178 kiloqram (78+100) nəticə ilə Qazax idmançısı Amin Osmanov bütün rəqiblərini üstələyərək qızıl medal əldə edib. Ramil Kazımov (82+92) gümüş, Dəniz Cabbarlı (78+96) isə bürün medala sahib olublar.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.