CƏMİYYƏT


Qazax rayon sakininə zor tətbiq edilərək 9 min dollar məbləğində pulunu alan şəxs saxlanılıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Qazax Rayon Polis Şöbəsinə Canallı kəndində dörd nəfərin H.Bayramova zor tətbiq edərək 9400 ABŞ dolları məbləğində pulunu alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu cinayət əməlini törətməkdə şübhəli bilinən Qazax şəhər sakinləri K.Əhmədov, R.Nəsibov və R.Abdullayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla ev sahibəsi T.Camalovanın da həmin şəxslərlə əlbir olması müəyyən edilib və o da saxlanılıb.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.