CƏMİYYƏT


Qazax rayonunda baş verən torpaq uçqunu nəticəsində bir nəfər həlak olub

Bakı, 13 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunda baş verən torpaq uçqunu ilə bağlı məlumat yayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qazax rayonunun Qarapapaq kəndində kanalizasiya xətlərinin çəkilişi zamanı bir nəfər torpaq qatının altında qalıb. Dövlət Yanğından Mühafizə Xidmətinin hadisə yerinə cəlb olunan müvafiq xilasetmə qüvvələri 1982-ci il təvəllüdlü Qocayev Gündüz Məşədi oğlunun meyitini torpaq altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.