CƏMİYYƏT


Qazax rayonunda bərpa olunmuş kəhriz və içməli su bölgüsü infrastrukturu bərpa edilərək yerli icmaya təhvil verilib

Bakı, 20 iyun, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (DMX) Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Qazax rayonunun Bala Çaylı kəndinin ərazisindəki 15-ci Çaylı kəhrizini və içməli su bölgüsü infrastrukturunu bərpa edərək yerli icmanın istifadəsinə verib.

Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, su sərfi 125 litr-saniyəyə bərabər olan kəhriz Bala Çaylı və Çaylı kəndlərində məskunlaşan 2 min 577 ailəni suvarma və içməli su ilə təmin edəcək. Layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Goranboy və Qazax rayonları ərazisində 15 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.

Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su ilə təminatı məqsədini daşıyır. Bununla yanaşı, məqsəd Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.