CƏMİYYƏT


Qazax rayonunda otlaq sahəsində iki top mərmisi aşkarlanıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də saat 12:39-da Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Cəfərli kəndində mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Otlaq sahəsinə baxış keçirildikdən sonra ərazi təhlükəsizlik məqsədilə sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 45 millimetrlik iki top mərmisi (BR-240) aşkarlanıb. Mərmi götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Onun tapıldığı yerin ətrafında 300 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.