İQTİSADİYYAT


Qazax rayonunda tikilən sement zavodunun işlər cədvəl üzrə davam edir

Bakı, 10 dekabr (AZƏRTAC). Ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılmışdır.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, sutkalıq istehsal gücü 2 min 500 ton olan müəssisənin texnoloji sxemi və baş planı “Azərdövlətmaşlayihə” İnstitutu tərəfindən hazırlanmışdır.

Layihəyə görə, zavod ərazisində müasir avadanlıqla təchiz olunmuş 250 yerlik üçmərtəbəli yeməkxana, beşmərtəbəli inzibati bina və tibb məntəqəsinin tikilməsi də nəzərdə tutulmuşdur.

Zavod 2013-cü ildə tam istifadəyə veriləcəkdir.

Bundan əlavə, müəssisənin ərazisində abadlaşdırılma, elektrik, qaz, su təchizatı xətlərinin və yolların təmiri işləri də görüləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.