CƏMİYYƏT


Qazax rayonunda yabanı halda bitmiş 7 minə yaxın çətənə kolu məhv edilib

Bakı, 14 iyun, AZƏRTAC

Qazax Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat nəticəsində Daş Salahlı kəndi ərazisində yabanı halda 6997 çətənə kolu aşkar edilib. Ümumi çəkisi 2,5 tona yaxın olan həmin çətənə kolları yandırılaraq məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.