SİYASƏT


Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılan Ermənistan vətəndaşı qarşı tərəfə qaytarılıb

Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq 2014-cü il avqustun 26-da Qazax rayonunun Kəmərli kəndi ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviçi sentyabrın 25-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.

Bu barədə AZƏRTAC-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.