ELM VƏ TƏHSİL


Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub

Bakı, 4 fevral, AZƏRTAC

Fevralın 4-də Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məktəbin müəllim və şagirdlərini təbrik edərək, onlara təhsildə uğurlar arzulayıb.

Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini İlqar Mahmudov çıxışında ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

Ölkəmizdə müasir tələblərə cavab verən məktəb binalarının tikildiyini qeyd edən İ.Mahmudov tədrisin keyfiyyətinin yaxşılaşdırılmasının, gənclərin milli ruhda tərbiyə olunmasının vacibliyini diqqətə çatdırıb.

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı təhsil sahəsinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Sonra tədbir iştirakçıları məktəbdə tədris şəraiti ilə yaxından tanış olublar.

Qeyd edək ki, məktəb 964 şagird yerlikdir. Təhsil müəssisəsində 3 laboratoriya, 2 kompüter otağı, 2 idman meydançası, yeməkxana, kitabxana, akt zalı və s. var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.