REGİONLAR
Qazax: xəstəxanaya gələ bilməyən yaşlı insanlar evlərində pulsuz tibbi müayinədən keçirilir
Qazax, 18 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 15-dən etibarən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əhalinin pulsuz tibbi müayinəsinə başlanılıb.
Qazax Müalicə Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili məqsədilə Mərkəz lazımi avadanlıqlarla tam təchiz olunub və vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb. Müayinənin ilk günündən qrafikə uyğun tibbi müayinə təşkil edilir. Xəstəxanaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Tibbi müayinənin davam etdiyi müddətdə rentgen, elektrokardioqrafiya, ultrasəs, stomatologiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərəcək. Müayinələr əsasən terapevt, stomatoloq, kardioloq və ginekoloq həkimlər tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]