REGİONLAR


Qazaxda 120-yə yaxın çoxmənzilli yaşayış binasında təmir işləri aparılıb

Qazax, 23 iyun, Rauf Hacıyev, AZƏRTAC

Son illər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb. Respublikamızda həyata keçirilən bu işlər, xüsusilə də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər Qazaxda da uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı təmir edilir.

Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda rayonda mövcud olan 164 çoxmənzilli yaşayış binasından 120-yə yaxın binada təmir işləri aparılıb.

Hazırda şəhərin Şəhidlər Xiyabanı küçəsində yerləşən binalarda son tamamlanma işləri görülür.

Bildirilib ki, Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı 27 saylı və şəhər sakinlərinin yaşadığı 25 saylı binalarda son tamamlanma işləri icra olunur. Binaların bloklarında giriş hissədə olan çardaqlar da yenidən qurulub. Hər iki binanın bloklarında astar - üzlük vurulub, blokların giriş hissəsinə dəmir qapılar qoyularaq rənglənib, təmirə ehtiyacı olan köhnə pəncərələr yeni plastik pəncərələrlə əvəzlənib. Bundan əlavə, binalarla yanaşı, həyətdə olan qarajların da dam örtüyü dəyişdirilib, rənglənmə işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.