Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib VİDEO

Qazax, 14 iyun, Famil Quliyev, AZƏRTAC

Qazaxda Müdafiə Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən kütləvi vətənpərvərlik bayramının iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Azərbaycan Ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin yaşadıqları evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olub.

Layihənin müəllifi, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani açılış mərasimində çıxış edərək Cavad və Rüstəm Şıxlinskilərin ordu quruculuğundakı xidmətlərindən danışıb, onların həyat və fəaliyyətlərinin gənc nəslə bir örnək olduğunu bildirib. Eyni zamanda, ilk general rütbəsini almış Süleyman Əfəndiyevin həyatından söz açaraq, yaxın günlərdə onun adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin görüləcəyini bildirib.

Süvari əsgərlərin tədbirə qatılması alqışlarla qarşılanıb.

Lövhənin rəmzi açılışını bildirən ağ örpək götürüldükdən sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, bütün qazaxlıları möhtəşəm bayram münasibətilə təbrik edib, keçirilən tədbirin rayon sakinlərinin yaddaşında uzun müddət silinməz iz buraxacağını deyib.

Milli Məclisin deputatları Ülviyyə Ağayeva, Kamran Nəbizadə, Bakı Dövlət Universitetinin mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyeva, sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov çıxış edərək, bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını bildiriblər.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev müdafiə naziri Zakir Həsənovun adından tədbir iştirakçılarını təbrik edib, Qazaxda vətənpərvərlik mövzusunda keçirilən tədbirin önəmindən danışıb.

Polkovnik Rüstəm bəyin nəvəsi Rüstəm Şıxlinski çıxışında bu cür yüksək səviyyəli tədbirin keçirilməsinə görə Prezident İlham Əliyevə və təşkilatçılara ailəsi adından dərin minnətdarlığını bildirib.

Möhtəşəm bayram tədbirində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dualar oxunub. “Fəxri qazaxlılar” parkı ilə tanışlıqdan sonra qonaqlar Şəhidlər xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyub və şəhidlərə olan ehtiramlarını ifadə ediblər.

Daha sonra bayramsayağı bəzədilmiş Mədəniyyət Mərkəzinin qarşısında “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən bayram tədbirinə start verilib.

Layihə rəhbəri, polkovnik Abdulla Qurbani və Xalq Artisti Pərvanə Qurbanova bayram tədbirini açıq elan edərək bütün tədbir iştirakçılarını və qonaqları salamlayıb, Qazax elinin əsl bayram əhval-ruhiyyəsində olduğunu bildiriblər. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsinin, Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının 25 ilinin, Bakı şəhərinin erməni bolşeviklərindən azad edilməsinin 100 ilinin tamam olmasının xalqımız üçün əsl bayram olduğunu diqqətə çatdırıblar. A.Qurbani “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında keçirilən hərbi vətənpərvərlik tədbirinin məqsədi, mahiyyəti və proqramı barədə ətraflı məlumat verərək bildirib ki, bu tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında, eləcə də müstəqil Azərbaycanın ordu quruculuğunda müstəsna xidmətləri bir daha xatırlanacaq. Layihə rəhbəri qeyd edib ki, Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan teatrlaşdırılmış, kinolaşdırılmış kütləvi vətənpərvərlik bayramına on mindən çox rayon sakini, hərbi qulluqçular və qonaqlar qatılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dövlət himni səslənib.

“Azərbaycan fanforası” hərbi orkestr tərəfindən ifa olunub. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, hakimiyyətə gəldiyi anları, xalqla görüşlərini, Azərbaycan xalqı naminə göstərdiyi misilsiz xidmətləri, ordu quruculuğu sahəsində əldə edilən nailiyyətləri özündə əks etdirən kadrlar monitor vasitəsilə nümayiş etdirilib.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edib. Qeyd edib ki, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni xaosdan və dövlətçiliyini itirmək təhlükəsindən xilas etdi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən qurtardı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.

Rəcəb Babaşov deyib: “Ən böyük xoşbəxtlik ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dövlət idarəçiliyi strategiyasının bu gün onun ideyalarına sadiq olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ulu Öndərin vaxtilə dediyi fikirlər bu gün öz təsdiqini bir daha tapır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Sonra səhnə incəsənət adamlarının ixtiyarına verilib. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında nümayiş olunan ədəbi-bədii xoreoqrafik kompozisiya tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

Əməkdar Artist Aybəniz Haşımova və “Bülbüllər” qrupunun ifasında səslənən “İgid oğlum haydı gəl” mahnısı tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Xalq Artisti Samir Cəfərovun “Lələtəpə fatehləri” mahnısının sədaları altında Aprel şəhidləri kapitan Orucov Mühüd Qurban oğlunun, baş leytenant Namazov Elvin Məmməd oğlunun və əsgər Əliyev Orxan Məhəmməd oğlunun göstərdikləri şücaətdən danışılıb, əziz xatirələri bir daha yad edilib.

Əməkdar artistlər Nuriyə Hüseynovanın, Cahangir Qurbanovun, Xalq Artisti Alim Məmmədovun bir-birindən şən-şux hərbi vətənpərvərlik mahnıları tədbirə əsl bayram əhval-ruhiyyəsi qatıb.

İlk topoqraf İbrahim ağa Vəkilovun, "Artilleriyanın Allahı" adlandırılan Əliağa Şıxlinskinin, Azərbaycan Xalq Cümhuriyyəti hərb naziri, general Səməd bəy Mehmandarovun, Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın, general-mayor Süleyman Əfəndiyevin, Azərbaycan Ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin meydana təşrif buyurması tədbirə toplaşanlarda qürur hissi oyatdı. Aktyorların ifasında səhnəyə daxil olan tarixi şəxsiyyətlərin səhnədə görünmələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.

Tədbir Silahlı Qüvvələrin mahnı ansamblının ifasında səslənən “Vətən marşı” mahnısı ilə başa çatıb.

Qazaxda “Milli Qurtuluşdan Zəfərə doğru” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb