CƏMİYYƏT


Qazaxda ailə üzvlərinin zəhərlənmə səbəbi məlum olub

Bakı, 29 noyabr, AZƏRTAC

Noyabrın 28-də Qazax rayonunda M.Əsədov küçəsi, 8 ünvanında yaşayan bir ailənin dörd üzvü qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, tam müayinə olunan xəstələrdə qida zəhərlənməsi aşkar edilməyib. Onlara şikayətləri üzrə müvafiq ilkin yardım göstərilib.

Aparılan araşdırma nəticəsində ailənin yaşadığı evin birinci mərtəbəsində qızdırıcı sistem olduğu aşkarlanıb. Ailə üzvlərinin səhhətinin bu cihazdan sızan dəm qazının təsiri nəticəsində pisləşdiyi müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.