CƏMİYYƏT


Qazaxda antisanitar şəraitdə fəaliyyət göstərən daha bir ictimai iaşə müəssisəsi aşkarlanıb

Bakı, 6 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən keçirilən monitorinqlər zamanı agentliyin əməkdaşları tərəfindən fiziki şəxs Nəsibov Rasim Həsən oğluna məxsus Qazax şəhərində H.Əliyev prospekti, 170 B ünvanında yerləşən “Məkan” ictimai iaşə müəssisəsinə baxış keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydaların tələblərinə əməl olunmadığı, soyuducuda gündəlik istifadə olunan ərzaq məhsullarının mal qonşuluğu prinsipinə riayət edilmədən və temperatur rejimi gözlənilmədən saxlanıldığı müəyyən olunub. Eyni zamanda gündəlik istifadə edilən qab və digər məişət avadanlıqlarının vaxtında təmizlənib dezinfeksiya edilmədiyi aşkarlanıb.

Məlum olub ki, antisanitar şəraitdə fəaliyyət göstərən müəssisədə yuma və bişirilmə sahəsi eyni yerdə təşkil edildiyi üçün qidaların hazırlanması zamanı çarpaz çirklənmə riski artır.

Yoxlama zamanı agentlik əməkdaşlarına müəssisədə çalışan işçilərin işə qəbul edilməzdən əvvəl və dövri olaraq tibbi müayinədən keçmək barədə müvafiq sənədlər təqdim edilməyib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.