REGİONLAR
Qazaxda geniş tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir
Qazax, 3 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq Qazax rayonunda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonun girişində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, yeni işıqlandırma sistemi quraşdırılıb, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılıb. Yaxın günlərdə abidənin açılışı olacaq.
Bayraq meydanında, Nəriman Nərimanov yaşayış massivində hündürlüyü 15 metr olan qüllənin ətrafında, Qazax şəhərindəki və rayonun Daş Salahlı kəndindəki şəhidlər qəbiristanlıqlarında, Yuxarı Salahlı kəndindəki Şəhidlər xiyabanında əsaslı təmir və geniş abadlıq–quruculuq işləri aparılıb. Rayon mərkəzindəki küçələr təmir olunub və məhəllədaxili yollara asfalt çəkilib. Bir neçə prospekt və küçədə yaşayış evlərinin dam örtükləri dəyişdirilib, hasarlar yenilənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]