CƏMİYYƏT


Qazaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulublar

Bakı, 10 sentyabr, AZƏRTAC

Qazax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Rüfət Rəsulovu saxlayıblar. Şöbəyə gətirilən həmin şəxsin üzərinə baxış keçirilən zaman kustar üsulla hazırlanmış 0,092 qram metamfetamin aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, o, dindirilərkən narkotik vasitəni həmyerlisi, əvvəllər məhkum olunmuş Şükür Məmmədovdan aldığını deyib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ş.Məmmədov davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman siqaret qutusundan 0,313 qram heroin aşkarlanıb.

Bundan başqa, istintaq tədbirləri zamanı Ş.Məmmədovun avqustun 29-da səhər saatlarında Qazax rayonundan Bakı şəhərinə gedərkən Göygöl rayonu ərazisində yanacaq doldurma məntəqələrindən birinə daxil olaraq 300 manat dəyərində mobil telefon və 500 manat məbləğində nağd pul oğurlaması da məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.