REGİONLAR


Qazaxda qələbə günü təntənəli şəkildə qeyd olunub

Qazax , 10 noyabr, Məhərrəm Əlioğlu, foto Aydın Məmmədov, AZƏRTAC

Qazaxda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qələbə xəbəri böyük coşqu və sevinc hissi ilə qarşılanıb.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, əvvəlcə rayon sakinləri birinci Qarabağ döyüşlərində şəhid olanların xatirəsini yad ediblər.

Rayonun mərkəzi meydanına toplaşan, küçə və prospektlərinə çıxan sakinlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu gecə xalqa müraciət edərək şanlı qələbəmizin - Ermənistanın təslim olmasının müjdəsini fərəh hissi ilə qeyd ediblər.

Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan minlərlə Qazax sakini "Qarabağ!" "Qarabağ Azərbaycandır!", "Yaşasın Ali Baş Komandan!", "Yaşasın Azərbaycan Ordusu!" "Qələbə" kimi şüarlar səsləndiriblər, Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə ediblər.

Rayon sakinləri musiqi sədaları altında rəqs edib, yallı gediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.