REGİONLAR
Qazaxda sahibkarlar üçün seminar keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Qazaxda sahibkarlar üçün seminar keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən seminarda iştirakçılara kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi, biznesin inkişafında rəqəmsal texnologiyaların rolu və s. barədə ətraflı məlumat verilib. Bundan başqa, Strateji Yol xəritələrində nəzərdə tutulmuş və İqtisadiyyat Nazirliyi üzrə Bakı Biznes Tədris Mərkəzinin icraçı olduğu tədbirlərin həyata keçirilməsi barədə danışılıb.
Seminarda iştirakçılar, həmçinin elektron hökumət portalı (e-gov.az), İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, "Lisenziyalar və icazələr" portalından (www.lisenziya.gov.az) və "Biznesdən-biznesə" elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.