REGİONLAR
Qazaxda şəhidlərin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilir
Qazax, 30 noyabr, Famil Quliyev, AZƏRTAC
Qazaxda rayon icra hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində mini-futbol turnirinə start verilib. Yarışlar aprel döyüşlərində şəhid olmuş Mühüd Orucov, Elvin Namazov və Orxan Əliyevin xatirəsinə həsr edilib. Turnir ərəfəsində şəhid ailələri ziyarət olunub.
AZƏRTAC xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən turnirdə Qazax və Ağstafa rayonlarından 22 komandanın 220 idmançısı iştirak edir. Turnir rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği, aprel döyüşlərində həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, gənclərə vətənpərvərlik hissləri aşılamaq məqsədi daşıyır.
Yarışlar dekabr 7-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]