İQTİSADİYYAT
Qazaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
Bakı, 8 yanvar, Elvin Camalov, AZƏRTAC
Azərbaycan hökumətinin Asiya İnkişaf Bankı ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində Qazaxda su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq.
Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AZƏRTAC-a deyib.
O bildirib ki, yenidənqurma işlərinə cari ilin ilk yarısında başlanılacaq. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində Almaniya İnkişaf Bankının (KFW) ayırdığı kreditlə bu il Gəncə və Şəkidə də yenidənqurma işləri görüləcək. Bundan başqa, Səudiyyə İnkişaf Fondunun maliyyə dəstəyi ilə Xırdalanda su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırılacaq.