REGİONLAR


Qazaxda tikilən "Venzana” yeni mebel fabriki ilin sonunadək fəaliyyətə başlayacaq

Qazax, 15 avqust, Rauf Hacıyev, AZƏRTAC

Məhsullarını həm respublikamızda, həm də "Made in Azerbaijan” brendi ilə xarici bazarda layiqincə təmsil etməyə nail olan "Saloğlu” mebel fabrikində "Venzana” – yeni mebel fabriki layihəsinin tikintisi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2000-ci ildən Qazax rayonunda fəaliyyət göstərən və 400 nəfərin işlədiyi fabrik qərb bölgəsinin ən böyük rəqabətqabiliyyətli müəssisələrindən biridir.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq, müəssisə bu illər ərzində öz istehsalını genişləndirib, həmçinin 2500-ə yaxın yeni iş yerinin açılması məqsədilə bir neçə yeni istehsal fabrikinin də tikintisinə başlayıb.

Yeni fabrik bu ilin sonunadək fəaliyyətə başlayacaq. Fabrikin istehsal etdiyi mebellərin 2020-ci ilin ilk rübündən başlayaraq Avropaya ixracı planlaşdırılır.

Görülən işlər barədə məlumat verən "Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev bildirib ki, yeni inşa edilən fabrik fəaliyyətə başladıqdan sonra idxaldan asılılıq azalacaq, əlavə vəsait xərclənməsinin qarşısı alınacaq, daxili bazar güclənəcək, ən əsası isə əhalinin məşğulluğu təmin ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.