REGİONLAR


Qazaxda yaradılan toxumluq təsərrüfatlar fermerləri yüksək reproduksiyalı buğda ilə təmin edəcək VİDEO

Qazax, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Kənd təsərrüfatında məhsul bolluğunun yaradılması üçün toxumçuluğun düzgün təşkili çox vacibdir. Bu gün kənd təsərrüfatı məhsulları istehsalçılarının rastlaşdığı ən böyük problemlərdən biri də məhz toxum problemidir. Həm də bitkilərin seleksiyası toxumçuluqla sıx bağlıdır. Dövlətimizin başçısının respublika əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək, eləcə də taxıl istehsalında yüksək məhsuldarlığa nail olmaq üçün verdiyi tapşırıq və tövsiyələr toxumçuluğun inkişafını da zəruri edib. Bu istiqamətdə görülən işlər artıq öz bəhrəsini verir, bölgələrimizdə toxumçuluq üzrə fermer təsərrüfatları yaradılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə təsərrüfatlardan biri də Qazax rayonunda yerləşir. Rayon sakini Asif Yusifov 2015-ci ildən Daşsalahlı kəndində toxumçuluq üzrə nümunəvi fermer təsərrüfatı yaradıb.

Uzun illər əkinçilik, maldarlıq və üzümçülüklə məşğul olan fermer hələ 2012-ci ildən təsərrüfatında taxıl məhsulu üçün toxumluq buğda istehsalına başlayıb. 2015-ci ildən isə Asif Yusifov təsərrüfatında “Azəri”, “Tanya”, “Bezostaya – 1”, “Aran” buğda sortları becərir.

2017-ci il də fermer 77 hektar sahədə toxumluq buğda əkib. Həmin il fermerin sahəsində məhsuldarlıq hər hektara görə 39,6 sentner olub. Bu il isə 100 hekter sahədə toxumluq buğda əkən fermerin sahəsindəki məhsuldarlıq hər hektara görə 40 sentnerə yüksəlib.

Hazırda fermerin təsərrüfatında “Aran” buğda sortu çeşidlənərək kisələrə yığılıb və yarlıqlanıb. Ümumilikdə, bu il 280-290 ton buğda realizə olunaraq satışa hazır vəziyyətə gətirilib. 2018-2019-cu təsərrüfat ilində də yüksək reproduksiyalı toxum əldə etmək üçün 100-120 hektar sahədə bütün aqrotexniki qaydalara əməl olunub və şum başa çatdırılıb.

Qazaxda taxıl istehsalçılarının yüksək keyfiyyətli toxuma olan ehtiyacını ödəmək üçün özünün toxumçuluq təsərrüfatını yaradan fermerlərdən birə də Elxan Cürənlidir.

Fermer 2012-ci ildən başlayaraq təsərrüfatında taxıl məhsulu üçün toxumluq buğda istehsalına başlayıb. Ötən il fermer 68 hektar sahədə toxumluq buğda əkib. Həmin il fermerin sahəsində məhsuldarlıq hər hektara görə 30,5 sentner olub. Bu il E.Cürənli öz sahəsində 101 hektar toxumluq buğda, 2,5 hektarda isə toxumluq arpa əkib. Fermer sahədən hər hektara görə 40 sentner buğda, 35 sentner isə arpa yığıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.