İQTİSADİYYAT


Qazaxda yeni mebel istehsalı müəssisəsi yaradılıb

Hazırda müəssisədə avadanlıqlar quraşdırılır

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycandakı əlverişli biznes və investisiya mühiti digər sənaye sahələri ilə yanaşı, mebel sənayesinin inkişafı üçün də geniş imkanlar yaradır, yeni mebel istehsalı müəssisələri açılır.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, belə müəssisələrdən biri də Qazax rayonunda “Saloğlu” Fərdi Firmasının mebel istehsalı fabrikidir. İldə 30 min dəst mebel istehsalı gücündə olacaq müəssisədə 400 yeni iş yeri açılacaq.

Ümumi investisiya dəyəri 76,1 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Bundan başqa, fabrikə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.

Mebel istehsalı müəssisəsinin bu ilin birinci rübü ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.