REGİONLAR


Qazaxın Bala Çaylı kəndində yeni elektron ATS binası istifadəyə verilib

Qazax, 6 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Qazax rayonunun Bala Çaylı kəndində 300 nömrəlik elektron ATS binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni elektron ATS binasının istifadəyə verilməsinin kənd sakinlərinin rabitə xidmətinin yüksəldilməsinə şərait yaradacağını bildirib.

Qazax Rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov çıxış edərək ölkəmizdə əhaliyə göstərilən rabitə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, telefon stansiyalarının müasirləşdirilməsi, xətlərin təmiri və bərpası, yeni EATS-lərin quraşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd edilib ki, kənd sakinlərinin müraciətinə əsasən istifadəyə verilən 30 kvadratmetrlik binada yerləşən EATS-dən 300 abonentə telefon və internet xətti çəkiləcək. İlkin olaraq 150-yə yaxın kənd sakininə telefon xəttinin çəkilməsi planlaşdırılıb. Bunun üçün EATS lazım olan bütün müasir avadanlıqlarla təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.