REGİONLAR


Qazaxın kəndlərinə asfalt yol çəkilir

Qazax, 23 sentyabr, Famil Quliyev, AZƏRTAC

Qazax rayonunda kəndlərə asfalt yollar çəkilir. Kosalar kəndindən sonra Hüseynbəyli kəndinin yolu da asfaltlaşdırılıb. Çaylı kəndində isə bu iş yekunlaşmaq üzrədir.

Kommuna kəndinə də asfalt yolun çəkilişinə başlanılıb. 2,6 kilometrlik bu yol kəndi Qazax–Quşçu Ayrım avtomobil yolu ilə birləşdirir. Yol “Körpü-Bina-Tikinti” MMC tərəfindən çəkilir.

MMC-nin sahə rəisi Emin Nəbiyev AZƏRTAC-a bildirib ki, artıq bir neçə gündür yolun çəkilişinə başlanılıb. Qısa müddətdə xeyli iş görülüb. Yolun köhnə asfalt hissəsi qazılaraq təmizlənib. Hazırda yolun çəkilişinə mane ola biləcək qaz və elektrik xətlərinin yeri dəyişdirilir.

Sahə rəisi bildirib ki, yaxın günlərdə yola asfalt döşənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.