DÜNYA


Qazaxıstan “5G” şəbəkəsini sınaqdan keçirəcək

Astana, 28 noyabr, AZƏRTAC

“Qazaxtelecom” 5G texnologiyasının tətbiqi üçün tezliklərin istifadəsində rabitəni inkişaf etdirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “2-ci IOT Forum Astana 2018” beynəlxalq forumunda qeyd edilib.

Yeni “5G” texnologiya bir mənbəyə 50 minə qədər müxtəlif qurğunun qoşulmasına, bir kilometr əhatə dairəsində bir milyon istifadəçiyə xidmət göstərməyə imkan verəcək. Bu ilin sonuna qədər yeni texnologiyanın biri test olunacaq. Texnologiyanın bütünlüklə sınaqdan keçirilməsi 2019-cu ilin sonunda və 2020-ci ilin əvvəlində baş tutacaq.

“5G” mobil texnologiyasının 2021-2022-ci illərdə istifadəyə veriləcəyi planlaşdırılır.

Ümumiyyətlə, ölkədə “5G” iki istiqamətdə - millimetr və "C" diapazonu daxil olmaqla inkişaf edəcək.

"5G"nin tətbiq ediləcəyi təxmini tarix 2020-ci il hesab edilir. Şəbəkənin əsas göstəricisi məlumatların minimum 10 Qbit/saniyə sürətində simsiz ötürülməsindən ibarətdir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.