DÜNYA
Qazaxıstan AQEM-ə üzv ölkələrə koronavirus əleyhinə peyvəndlə kömək etməyə hazırdır
Nur-Sultan, 12 oktyabr, AZƏRTAC
Qazaxıstan koronavirus əleyhinə peyvənd almaqda çətinlik çəkən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinə kömək etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Akan Rahmetullin AQEM-ə üzv dövlətlərin xarici işlər nazirlərinin VI iclasında çıxış edərkən deyib.
Akan Rahmetullin bildirib ki, Qazaxıstan "QazVac" peyvəndini hazırlayıb və onun effektivliyi, yüksək standartlara uyğunluğu peşəkar tibb ictimaiyyəti tərəfindən təsdiq edilib. Bundan başqa daha iki yerli peyvənd hazırlanır. Nazir müavini əlavə edib ki, bu baxımdan peyvəndlərə qlobal əlçatanlığı təmin etmək lazımdır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]