DÜNYA


Qazaxıstan “Baykonur” kosmodromunun modernləşdirilməsinə təqribən 330 milyon dollar yönəldəcək

Nur-Sultan, 12 noyabr, AZƏRTAC

Qazaxıstan “Baykonur” kosmodromunun modernləşdirilməsinə təqribən 330 milyon dollar yönəldəcək.

AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, bunu ölkənin Baş Naziri Askar Mamin Nur-Sultanda keçirilən VII “Qazaxıstanda kosmos günləri” forumunda çıxışında bəyan edib. O bildirib ki, “Baykonur” kosmodromu öz inkişafının qüvvə, ideya və tərəfdaş dəstəyinin möhkəmlənməsini tələb edən yeni mərhələsi ərəfəsindədir.

Yaxın günlərdə “Baykonur” kosmodromunda adı dəyişdirilərək “Nazarbayev startı” adlandırılmış, ekoloji baxımdan təhlükəsiz “Bayterek” kosmik raket kompleksinin yaradılması üzrə geniş əhatəli layihənin icrasına başlanacaq.

“Baykonur” kosmodromunda 1 nömrəli “Qaqarin startı” meydanının modernləşdirilməsinə dair layihə müzakirə edilir.

Bu layihələrin reallaşdırılmasına həm dövlət, həm də şəxsi maliyyələşdirmə hesabına 330 milyon dollar cəlb olunması planlaşdırılır.

Baş Nazir əlavə edib ki, Qazaxıstanın müəssisə və idarələri BƏƏ, Türkiyə, ABŞ, İordaniya, Cənubi Koreya, Ukrayna, Böyük Britaniya, Yaponiya, Çin və bir çox digər ölkələrin kosmik təşkilatları ilə fəal iş aparırlar.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.