SİYASƏT


Qazaxıstan KİV-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatından bəhs olunub

Nur-Sultan, 10 noyabr, AZƏRTAC

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağda davam edən döyüşlərin dayandırılması barədə imzaladığı birgə bəyanat Qazaxıstan KİV-lərinin də diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, “tengrinews.kz”, “inbusiness.kz”, “kaztag.kz”, “azattyq-ruhy.kz” saytlarının və digər kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı birgə bəyanatı haqqında məqalə dərc edilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı xalqa müraciət etməsi də qeyd olunub.

Eyni zamanda, bildirilir ki, Dağlıq Qarabağda Rusiya sülhməramlıları yerləşdiriləcək.

Materiallarda Azərbaycan Prezidentinin çıxışından sitat da gətirilib: “Qarabağ münaqişəsi bizim regionda, Avrasiya məkanında ən uzun münaqişələrdən biridir və bu gün sona çatmaqda olan münaqişə tarixi hadisədir, ilk növbədə, Azərbaycan xalqı üçün çoxillik işğaldan azad olunur”.

Həmçinin bu bəyanatın ardınca Ermənistanda iğtişaşların başlaması, etirazçıların hökumət və parlament binalarını ələ keçirməsi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.