DÜNYA


Qazaxıstan Milli Fondunun aktivləri ilin əvvəlindən azalıb

Nur-Sultan, 11 sentyabr, AZƏRTAC

Qazaxıstan Milli Fondunun aktivləri 2021-ci ilin əvvəlindən 3,2 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, Milli Fondun hesabatında fondun aktivlərinin 2021-ci ilin avqust ayında 29 milyon dollar azaldığı bildirilir.

Qazaxıstanın valyuta ehtiyatları 2021-ci ilin əvvəlindən 1,2 milyard dollar və ya 3,3 faiz, avqust ayında 1,8 milyard dollar və ya 5,2 faiz artaraq 36,8 milyard dollara yüksəlib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.