MƏDƏNİYYƏT
Qazaxıstan Prezidenti İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı keçiriləcək beynəlxalq tədbirlər barədə məlumatlandırılıb
Nur-Sultan, 6 may, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev UNESCO-nun himayədarlığı ilə keçiriləcək tədbirlərə hazırlıq işlərinin gedişi barədə məlumatlandırılıb.
AZƏRTAC xəbər verir ki, ölkə başçısı ilə görüşdə Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdıralı mayın 15-də UNESCO-da dünyanın müxtəlif ölkələrindən alimlərin iştirak edəcəyi beynəlxalq forumun keçiriləcəyini qeyd edib. O, həmçinin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi , “Egemen Qazaxıstan” qəzetinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlər barədə məlumat verib.
Görülən işləri yüksək qiymətləndirən Kasım-Jomart Tokayev bir sıra yeni tapşırıqlar verib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan