DÜNYA


Qazaxıstan Prezidenti koronavirusa yoluxmada artıma görə hökumətə təcili tədbirlər görməyi tapşırıb

Nur-Sultan, 22 iyun, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə koronavirusla bağlı vəziyyətin ağırlaşmasına görə hökumətə təcili tədbirlərin görülməsini tapşırıb.

Ölkədə bir gün ərzində COVID-19-a 507 yoluxma halı qeydə alınıb. Ümumilikdə, yoluxanların sayı 17 min 732-dir, 120 nəfər dünyasını dəyişib. Paytaxtdakı ağır epidemioloji vəziyyətlə əlaqədar uşaq bağçaları iyunun 23-dən bağlanacaq. Bundan əlavə, sabahdan etibarən şəhər poliklinikalarında müvəqqəti olaraq gündəlik xəstə qəbulları dayandırılır. Yalnız təcili yardım xəstələri və koronavirus infeksiyasının əlamətləri olan xəstələr qəbul olunacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.