DÜNYA


Qazaxıstan-Qırğızıstan sərhədində zəlzələ baş verib

Nur-Sultan, 6 may, AZƏRTAC

Qazaxıstan-Qırğızıstan sərhədində 5.2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan seysmoloji eksperimental-metodoloji ekspedisiyası məlumat yayıb.

Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla 13: 07-də hiss olunub.

Zəlzələnin episentri Almatı şəhərindən 199 kilometr cənub-şərqdə Qazaxıstan və Qırğızıstan sərhədində yerləşir. Zəlzələnin ocağı 15 kilometr dərinlikdədir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.