DÜNYA


Qazaxıstan Rusiyaya daşınan məhsullara nəzarəti gücləndirəcək

Qazaxıstan Rusiyaya daşınan məhsullara nəzarəti gücləndirəcək

Bakı, 24 may, AZƏRTAC

Qazaxıstan sanksiyalara məruz qalan məhsulların ölkədən çıxarılmasına nəzarəti gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın maliyyə naziri Yerulan Jamaubayev bu barədə jurnalistlərə məclisin (parlamentin aşağı palatası) kuluarlarında deyib.

“Biz sanksiyalara məruz qalan məhsulların hərəkətinin izlənilməsi üzrə əlavə sistem işə salacağıq. Nəzərimizdən qaçan bir şeylər olsa, qarşısını alacağıq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyaya satılması qadağan edilən məhsulların siyahısını Qazaxıstana verib. “Biz bu siyahı üzrə yoxlamaları daha diqqətlə aparacağıq”, - deyə Yerulan Jamaubayev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.