CƏMİYYƏT


Qazaxıstan Senatı Xəzər dənizinin çirklənmədən qorunmasına dair protokolu təsdiqləyib

Nur-Sultan, 21 oktyabr, AZƏRTAC

Qazaxıstan Senatı (parlamentin yuxarı palatası) Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında Protokolu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Senat yayıb.

Bu Protokolun təsdiqlənməsinin dənizin akvatoriyasında və onun sahil ərazilərində iqtisadi fəaliyyətin həyata keçirilməsində mövcud olan ən yaxşı texnologiyaların və ekoloji təcrübələrin istifadəsinə töhfə verəcəyi gözlənilir. Bundan əlavə, dəniz mühitinin və Xəzər dənizinin sahil ərazilərinin fiziki, bioloji və kimyəvi xüsusiyyətləri, o cümlədən quruya yerləşən mənbələrdən dənizə daxil olan çirkləndiricilərin miqdarı haqqında məlumat bazası yaradılacaq. Bu, Xəzərin dəniz mühitinin və sahil sahələrinin vəziyyətini, sahil xətti boyunca dənizin çirklənmə səviyyəsini qiymətləndirməyə imkan verəcək.

Xatırladaq ki, Xəzər dənizinin dəniz mühitinin qorunmasına dair Çərçivə Konvensiyası 2003-cü ilin noyabrında beş Xəzəryanı ölkənin: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri tərəfindən imzalanıb. Konvensiyanın məqsədi Xəzər dənizinin dəniz mühitini çirklənmədən qorumaq, o cümlədən bioloji ehtiyatlarının qorunması, bərpası, davamlı və rasional istifadəsidir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.