DÜNYA


Qazaxıstan Türkmənistanla dəniz ticarətini inkişaf etdirməkdə maraqlıdır

Nur-Sultan, 30 aprel, AZƏRTAC

Qazaxıstan Türkmənistanla dəniz ticarət əlaqələrini inkişaf etdirməkdə maraqlıdır.

AZƏRTAC Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, nazir Beybut Atamkulovun Türkmənistanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Batır Rejepovla görüş zamanı ölkələr arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib.

Dəniz ticarəti kommunikasiyalarının inkişafı nəzərdən keçirilib.

Nazir Aktau və Türkmənbaşı dəniz limanları arasında yükdaşımaların, o cümlədən fider daşımalarının inkişafına xüsusi diqqət yetirib.

Türkmənistan tərəfi Qazaxıstan müəssisələrinin məhsullarının alınmasında, yüklərin bütün istiqamətlərdə tranzitinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.