SİYASƏT


Qazaxıstan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Bakı, 6 avqust, AZƏRTAC

Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu pisləyən bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyinin avqustun 4-də Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pislədiyi bildirilib: “Avqustun 4-də ekstremistlərin Azərbaycan Respublikasının Londondakı səfirliyinə hücumu ilə əlaqədar olaraq, diplomatik nümayəndəliyə və onun əməkdaşlarına qarşı istənilən zorakılığı qəbuledilməz hesab edirik.

Beynəlxalq hüququn prinsiplərinin və normalarının pozulması aktları ümumilikdə pislənməlidir və təşkilatçıların məsuliyyətə cəlb edilməsi məqsədilə hərtərəfli araşdırma aparılmalıdır.

Azərbaycan xalqının sarsılmazlığına inanırıq və qardaş dövlət üçün çətin vəziyyətlərdə hərtərəfli dəstək verməyə hazır olduğumuzu bildiririk”, - deyə bəyanatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.