DÜNYA


Qazaxıstan Xəzəryanı ölkələrlə turizm sahəsində əməkdaşlığı gücləndirəcək

Astana, 9 noyabr, AZƏRTAC

Qazaxıstanın Petropavlovsk şəhərində Qazaxıstan və Rusiya regionlararası XV forumunun plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, forum iki ölkə arasında turizmin inkişafında yeni yanaşmalar və tendensiyalara həsr olunub.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Xəzər dənizində qonşu ölkələrlə turizm sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini, turizmin dünya iqtisadi böhran dövründə iqtisadi artım üçün bir vasitə olduğunu vurğulayıb.

Xəzər dənizində kruiz gəmilərinin yaradılmasını vacib sayan dövlət başçısı bildirib ki, qonşu ölkələr - Azərbaycan, Türkmənistan, İrana böyük turizm axını yarada bilərik. Xəzər dənizində əməkdaşlıq üçün infrastruktur yaratmaq, viza və miqrasiya rejimlərini sadələşdirmək lazımdır. Prezident, həmçinin qonşu ölkələrin artıq Xəzər dənizinin potensialını inkişaf etdirməyə başladığını, bir-birini tamamlayan infrastrukturun inkişafını gücləndirməyi, birgə səylərlə Baykonur kosmik start meydançalarında turizmin inkişafının lazım olduğunu da qeyd edib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.