DÜNYA


Qazaxıstan "Hyunday" markalı avtomobillər istehsal edəcək

Astana, 7 fevral, AZƏRTAC

Qazaxıstanın Almata şəhərində yeni avtomobil zavodu istifadəyə veriləcək.

AZƏRTAC xəbər verir ki, yerli "Astana Motors" şirkəti yaxın vaxtlarda "Hyunday" markalı minik avtomobillərinin istehsalı üçün zavodun tikintisinə başlayacaq.

Zavod ilkin olaraq ildə 30 min, daha sonra isə 45 min avtomobilin istehsalını həyata keçirəcək.

Bu layihə Qazaxıstan bazarını keyfiyyətli və səmərəli avtomobillərlə təmin edəcək. İstehsal olunacaq avtomobillərin MDB ölkələrinə ixracı da nəzərdə tutulur.

Layihənin investisiya dəyəri 25 milyard ABŞ dolları təşkil edir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.