İDMAN


Qazaxıstan atleti Mixail Litvin “Konya-2021”də 400 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Qazaxıstan atleti Mixail Litvin Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında birinci olub.

AZƏRTAC xəbər verir ki, Konya Atletika Arenasında keçirilən yarışda atlet məsafəni 45,36 saniyəyə qət edib.

Səudiyyə Ərəbistanı təmsilçiləri Yusif Masrahi və Mazen Al-Yasen ilk üçlükdə yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması Oyunlarda 13 medal qazanıb. Təmsilçilərimiz medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.