DÜNYA


Qazaxıstan avtomobillərlə yanacaq ixracına qadağa tətbiq edir

Nur-Sultan, 30 aprel, АZƏRTAC

Qazaxıstanda daxili bazarda neft məhsulları qıtlığının yaranmasının qarşısını almaq üçün bu il mayın 9-dan etibarən 6 ay müddətinə avtomobillərlə yanacaq ixracına qadağa qoyulur.

AZƏRTAC xəbər verir ki, bu haqda Energetika Nazirliyi məlumat yayıb.

Qadağa sürtkü yağlarına, texniki şərtlərə uyğun olaraq quraşdırılmış və həcmi 20 litrdən çox olmayan qablarda benzinin ixracına şamil edilmir.

Qeyd edilib ki, qadağanın vaxtında tətbiqi istehsal və istehlak olunan neft məhsullarının həcmi arasında rahat balans yaratmağa imkan verib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.