DÜNYA


Qazaxıstan beynəlxalq aviareyslərin sayını artırır

Nur-Sultan, 4 iyun, AZƏRTAC

Qazaxıstan Türkiyə, Özbəkistan və Belarusa uçuşların sayını artırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti bildirib.

İyunun 7-dən etibarən Türkiyəyə uçuş sayı artacaq, həftədə 8 dəfə Antalyaya, həmçinin həftədə 2 dəfə Özbəkistana müntəzəm uçuşlar həyata keçiriləcək.

Uçuşların sanitariya və epidemioloji tələblərə tam uyğun olaraq və xarici dövlətin müvafiq qurumları ilə razılaşdırılaraq baş tutacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.