DÜNYA


Qazaxıstan bir neçə ölkə ilə hava əlaqəsini azaldır

Nur-Sultan, 14 oktyabr, AZƏRTAC

Qazaxıstan yenidən 4 ölkə ilə hava əlaqəsini azaltmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, sərhəddə nəzarətin gücləndirilməsi, epidemioloji vəziyyətin pisləşməsi və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Səhiyyə Nazirliyi Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Belarusla hava əlaqəsinin azaldılmasını tövsiyə edib.

Qeyd edək ki, ümumilikdə pandemiya dövründə ölkədə 108 min 984 nəfər koronavirus infeksiyasına yoluxub, 104 min 346-sı sağalıb, 1768-i həyatını itirib. Son bir həftədə COVID-19-dan ölənlərin sayı 22 nəfərə çatıb.

Xatırladaq ki, sentyabrın 20-də Rusiya rəsmi olaraq Qazaxıstanla hava əlaqəsini bərpa edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.