DÜNYA


Qazaxıstan dərman və tibbi cihazların ixracını müvəqqəti dayandırır

Qazaxıstan dərman və tibbi cihazların ixracını müvəqqəti dayandırır

Nur-Sultan, 25 mart, AZƏRTAC

Qazaxıstanın Səhiyyə Nazirliyi bir sıra dərman vasitələrinin və tibbi cihazların ölkə ərazisindən ixracına altı ay müddətinə qadağa qoymağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, nazirliyin müvafiq əmrinin layihəsi cümə axşamı normativ hüquqi aktlar portalında ictimai müzakirələr üçün yerləşdirilib.

Sənəddə bildirilir ki, Qazaxıstan ərazisindən istənilən formada dərman vasitələrinin, o cümlədən əczaçılıq maddələrinin, tibbi cihazların, habelə onların istehsalı üçün materialların və komponentlərin ixracına altı ay müddətinə qadağa qoyulsun.

Sənəddə istisna olaraq şəxsi istifadə üçün bir sıra tibbi mallar, o cümlədən ölkə ərazisindən tranzitlə daşınan mallar nəzərdə tutulub.

Sərəncam layihəsinin ictimai müzakirəsi aprelin 6-dək davam edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.