DÜNYA


Qazaxıstan ekologiya naziri: Xəzər dənizi səviyyəsinin azalması kritik həddə çatıb

Nur-Sultan, 3 iyun, AZƏRTAC

Qazaxıstanın ekologiya, geologiya və təbii sərvətlər naziri Maqzum Mirzaqaliyev Xəzər dənizinin səviyyəsinin azalmasının kritik olduğunu açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Xəzər dənizinin xüsusi diqqət tələb etdiyini bildirən nazir 2006-cı ildən dəniz səviyyəsində azalma müşahidə olunduğunu, 2020-ci ilə qədər dəniz səviyyəsinin Baltik koordinat sisteminə görə 28,23 metrə çatdığını deyib.

Onun sözlərinə görə, dəniz səviyyəsindəki azalma mənfi 28,5 metrə çatıb ki, bu da Xəzər dənizinin ekosisteminin qorunmasına təsir göstərir.

M. Mirzaqaliyev bu vəziyyətin, xüsusən Qazaxıstan sektorunda Xəzər dənizinin sahil xəttinin mövqeyinin dəyişməsinə səbəb olduğunu da qeyd edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.