DÜNYA


Qazaxıstan hərbi təlimlərdə müşahidəçi qismində iştirak edəcək

Nur-Sultan, 13 oktyabr, AZƏRTAC

Qazaxıstan pandemiya dövründə beynəlxalq hərbi təlimlərdə iştirak formatını dəyişir.

Qazaxıstan hərbçiləri KTMT və digər birliklər çərçivəsində bu il üçün əvvəlcədən planlaşdırılmış təlimlərdə yalnız müşahidəçi qismində iştirak edəcəklər.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyinin bildirdiyinə görə, koronavirus pandemiyası səbəbindən ölkədə 2020-ci il üçün nəzərdə tutulan bütün təlimlərin təkliflərinə yenidən baxılıb.

"Qafqaz-2020" təliminə 12 hərbçinin göndərilməsi planlaşdırılır. “Qarşılıqlı hərəkət-2020" təliminə 11 zabit göndəriləcək.

Qazaxıstanın yeddi zabiti müşahidəçi qismində silahsız və texnikasız Belarusda keçirilən "Sarsılmaz qardaşlıq-2020" təlimlərində iştirak edəcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.