CƏMİYYƏT
Qazaxıstan ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Qanun qəbul edilib
Nur-Sultan, 3 iyun, AZƏRTAC
Qazaxıstan Respublikası Parlamenti Senatı “Qazaxıstan Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi haqqında” Qanun qəbul edib.
AZƏRTAC senate.parlam.kz saytına istinadən xəbər verir ki, Sazişin əsas məqsədi miqrasiya sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi əsasın yaradılması, qanunsuz miqrasiyaya qarşı birgə tədbirlərin həyata keçirilməsidir.
Zəruri hallarda tərəflər miqrasiya qanunvericiliyinin pozulması, qanunsuz miqrasiya kanalları, hər iki ölkənin ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, təşkilatda və qeyri-qanuni miqrasiyanın həyata keçirilməsində aidiyyəti olan şəxslər barədə məlumatları bölüşə biləcəklər.
Xatırladaq ki, saziş 2019-cu il oktyabrın 14-də Bakı şəhərində imzalanıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [22:11]
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]